Bu gün

“Bayraktar TB3” NATO-nun təlimində “Eurofighter” təyyarələri ilə birgə uçdu

Türkiyənin amfibiya gəmisi üzərində yerləşdirilən “Bayraktar TB3” silahlı pilotsuz uçuş aparatı (SİHA) NATO təlimində “Eurofighter” döyüş təyyarələri ilə birgə uğurlu uçuş nümayiş etdirib.

Təhlil.az xəbər verir ki, uçuş Baltik bölgəsində keçirilən mühüm fəaliyyətlərdən biri olan “Steadfast Dart 2026” təlimi çərçivəsində icra edilib.

“TCG Anadolu” gəmisindən havalanan “Bayraktar TB3” “Eurofighter”lərlə ortaq missiya zamanı 8 saat uçaraq 1700 kilometr məsafə qət edib.

Türkiyə müdafiə sənayesinin pilotsuz sistemlər sahəsində nail olduğu səviyyəni göstərən bu uçuş “Eurofighter” təyyarələri ilə pilotlu və pilotsuz platformaların birlikdə fəaliyyət modelinin sınağı kimi də qiymətləndirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?