Orban Ukraynaya meydan oxudu: Neft blokadasını darmadağın edəcəyik

Macarıstanın Baş naziri Viktor Orban, Ukraynanın Rusiyadan gələn neftin qarşısını kəsmək cəhdlərini "neft blokadası" adlandırıb və buna imkan verməyəcəyini bəyan edib.
Orbanın əsas şərti budur ki, Ukrayna "Drujba" kəməri ilə neft tranzitini tam bərpa etməyənə qədər, Budapeşt Brüsselin Kiyevə yardımlarına veto qoymağa davam edəcək. Baş nazir Ukraynanı Macarıstanda yanacaq qıtlığı yaradaraq seçkiqabağı hökuməti devirməyə çalışmaqda ittiham edib:
"Onlar benzinin qiymətinin 1000 forintə (2,5 avrodan çox) qalxmasını istəyirlər ki, hakimiyyətə öz adamlarını gətirsinlər. Bu, alınmayacaq".
Macarıstan artıq Aİ-nin Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq hərbi kreditini dayandırıb və Zelenski qərarından dönənə qədər Ukrayna xeyrinə heç bir səs verməyəcək.