Bu gün

Qazaxıstan Xəzərin öyrənilməsi və qorunmasına 14,3 milyon dollar ayırıb

Qazaxıstan Xəzər dənizinin öyrənilməsi və qorunması üçün 14,3 milyon dollar ayırıb.

Təhlil.az xəbər verir ki, bu vəsait dəniz monitorinqi üçün avadanlıqların alınması, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz edilməsi üçün nəzərdə tutulub.

Hökumətin mətbuat xidmətinin açıqlamasında deyilir ki, bu, Tədqiqat İnstitutuna hidrometeoroloji və bioloji ətraf mühit parametrlərinin sistematik müşahidələri də daxil olmaqla, birbaşa dənizdə kompleks monitorinqə keçməyə və dənizin Qazaxıstan hissəsindəki proseslər üzrə elmi əsaslı məlumat bazasını genişləndirməyə imkan verəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?