Bu gün

Zelenski: Tramp sülh sazişləri üçün möhtəşəm imza mərasimi istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı bütün sənədlərin böyük və təntənəli bir mərasim çərçivəsində imzalanmasını planlaşdırdığını bildirib.

Təhlil.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Tramp ilə əsas fikir ayrılığı sülhə doğru atılacaq addımların ardıcıllığı ilə bağlıdır. Trampın isə Ukrayna ilə Rusiya arasında sülh sazişinin, həmçinin Kiyevin Vaşinqton və Avropa ölkələri ilə təhlükəsizlik təminatlarına dair müqavilələrinin eyni vaxtda imzalanmasını ideal hesab edir.

Zelenski də öz şərtlərini irəli sürüb. Ukrayna lideri isə israr edir ki, təhlükəsizlik zəmanətləri əvvəlcə razılaşdırılmalı və ABŞ Konqresi tərəfindən ratifikasiya olunmalıdır. Zelenski vurğulayır ki, yalnız bu halda Ukrayna xalqı gələcəkdə müttəfiqlərinə tam arxalana biləcəyinə əmin olar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?