15 may

Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ olub

Cümə axşamı, mayın 15-də Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Təhlil.az Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yerli vaxtla saat 15:46-da qeydə alınan yeraltı təkanların episentri Qulu rayonu ərazisində olub. Zəlzələnin ocağı 18,73 kilometr dərinlikdə yerləşib.

Zəlzələ qonşu vilayətlərdə, həmçinin Ankarada da hiss olunub.

Dağıntı və zərər barədə məlumat verilmir.

AZERTAG