Bu gün

ABŞ administrasiyasının İranla bağlı fikir ayrılığı

ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri İslam Respublikasına qarşı mümkün zərbələrlə bağlı fərqli mövqelər nümayiş etdirirlər.

Təhlil.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Cenevrədə gözlənilən danışıqların diplomatik irəliləyişlə nəticələnəcəyinə ümid edir.

Lakin o, razılaşmanın əldə olunması şansları ilə bağlı nikbin deyil.

ABş-nin Dövlət katibi Marko Rubio isə adətən İrana qarşı sərt mövqeyi ilə seçilsə də, bu dəfə “hərbi kampaniyanın başlanmasına qəti şəkildə lehinə və ya əleyhinə çıxış etmək əvəzinə gözləmə mövqeyi tutub”.

Eyni zamanda mənbələr qeyd edir ki, ABş prezidenti Donald Trampın xüsusi elçiləri - StivvUitkoff və Cared Kuşner danışıqlar qrupuna rəhbərlik edərək, prezidenti əlavə hərbi addımlardan çəkinməyə və diplomatiyaya şans verməyə çağırırlar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?