Bu gün

Pəhləvi İran İslam Respublikasının rejiminin devrilməsinə çağırıb

İranın son şahının oğlu Rza Pəhləvi X sosial şəbəkəsində yaydığı paylaşımda “dindar şiə həmvətənlərinə” müraciət edib. O bildirib ki, İslam Respublikası ilk gündən hakimiyyəti din adından ələ keçirərək ölkəyə “yoxsulluq, əzab və insanlığa qarşı cinayətlər” gətirib.

Təhlil.az xəbər verir ki, Pəhləvi ali lider Əli Xameneini etirazlar zamanı repressiyalarda, o cümlədən mülki vətəndaşlara qarşı döyüş silahlarından istifadədə, zorakılıq və saxlanılanlara işgəncə verilməsində ittiham edib.

Onun sözlərinə görə, bu cinayətlər “şiə islamı adı altında” törədilir və ruhanilərin bir qismi ya bu proseslərdə iştirak edir, ya da susaraq onları legitimləşdirir.

Rza Pəhləvi “vilayət-i fəqih” prinsipinə və dinin siyasiləşdirilməsinə qarşı olan inanclı şiələri “mübarizənin ön cəbhəsinə çıxmağa”, sünnilər və digər dinlərin nümayəndələri ilə birləşərək mövcud sistemə qarşı çıxmağa çağırıb.

O, sonda İranın gələcəyinin dini diktatura olmadan qurulmasının və “imanın geri qaytarılmasının” vacibliyini vurğulayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?