Bu gün

ABŞ qırıcıları Alyaska yaxınlığında niyə havaya qalxdı?

ABŞ Hərbi Hava Qüvvələri Alyaska yaxınlığında bir qrup Rusiya hərbi təyyarəsinin peyda olması səbəbindən qırıcı təyyarələrini havaya qalxıb.

Təhlil.az “Reuters”ə istinadla xəbər verir ki, iki Tu-95 strateji bombardmançı təyyarəsi, Su-35 qırıcı təyyarəsi və bir A-50 təyyarəsi hava hücumundan müdafiə zonasına daxil olub, bundan sonra NORAD komandanlığı onları müşayiət etmək üçün F-16 və F-35 təyyarələrinə əmr verib.

Hərbi açıqlamaya görə, Rusiya təyyarələri beynəlxalq hava məkanında qalıb.

ABŞ və ya Kanada sərhədlərinin pozulması qeydə alınmayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?