Bu gün

“Qarabağ”ın “Nyukasl”la oyunöncəsi açıq məşqi və mətbuat konfransı Bakıda keçiriləcək

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi cavab oyunuöncəsi mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda olacaq.

Təhlil.az klubun məlumatına əsasən xəbər verir ki, bildirilib ki, açıq məşq fevralın 22-də saat 20:15-də, baş məşqçi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı isə bir gün sonra saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?