Bu gün
“Welt”: “Ukraynaya ərazi güzəştləri müqabilində Aİ-yə sürətləndirilmiş üzvlük təklif oluna bilər”

Brüsseldəki diplomatlar ABŞ-nin vasitəçi kimi belə bir sxemi irəli sürdüyünü düşünür: Kiyev resurslarla zəngin Donbasın əhəmiyyətli hissəsindən Rusiyanın xeyrinə imtina edir, əvəzində isə Avropa İttifaqına üzvlük və təhlükəsizlik zəmanətləri alır.
Təhlil.az-ın “Welt” nəşrinə istinadla məlumatına görə, Donald Tramp 4 iyul tarixinə — ABŞ-nin 250 illiyinə qədər razılaşma əldə etmək üçün Kiyevə ciddi təzyiq göstərir. Bu, ona Konqres seçkiləri ərəfəsində özünü “sülhyaradıcı” kimi təqdim etməyə imkan verə bilər.
Avropa ölkələri danışıqlarda birbaşa iştirak etməsələr də, mümkün sülh sazişinin pozulmaması üçün Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünə razılaşmalı ola bilərlər.
Bu gün
Bu gün