Türkiyə Yunanıstanın “Chevron” ilə sazişinə qarşı çıxdı

Türkiyə Krit adasının cənubunda karbohidrogenlərin kəşfiyyatı ilə bağlı Yunanıstanın “Chevron” şirkəti ilə imzaladığı razılaşmaya etiraz edib. Təhlil.az-ın məlumatına görə, Ankara bu addımın beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə zidd olduğunu bildirib.
Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, sözügedən fəaliyyət 2019-cu ildə Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyası üzrə imzalanmış memorandumun pozulması ilə həyata keçirilir.
Ankara vurğulayıb ki, işlər birbaşa Türkiyənin kontinental şelfinə toxunmasa da, BMT-də bəyan edilmiş Liviyanın dəniz hüquqlarını pozur.
Qeyd edək ki, “Chevron” ilə saziş Yunanıstanın qaz kəşfiyyatı üçün dəniz sahələrini genişləndirir və Aİ-nin Rusiya enerji resurslarından asılılığı azaltmaq cəhdləri ilə əlaqələndirilir.