Bu gün
Polşa Ottava Konvensiyasından çıxıb

Polşa piyada əleyhinə minaların qadağan olunması ilə bağlı Ottava Konvensiyasından çıxıb. Təhlil.az xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin müavini Çezari Tomçikin bildirdiyinə görə, ölkə hakimiyyəti piyada əleyhinə minaların istehsalını bərpa etməyi planlaşdırır.Bundan əvvəl Polşanın baş naziri Donald Tusk qeyd etmişdi ki, Ottava Konvensiyasından çıxış Polşaya təhlükə yaranacağı halda 48 saat ərzində şərq sərhədi boyunca piyada əleyhinə minalar yerləşdirmək imkanı verəcək.