Bu gün

Beş ölkə Qəzzaya qoşun göndərəcək

Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (ISF) komandanı, general-mayor Casper Ceffers ABŞ-də Sülh Şurasının ilk iclasında bəyan edib ki, beş ölkə Qəzza zolağına Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində qoşun göndərməyə razılıq verib.
Təhlil.az xəbər verir ki, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində xidmət etmək üçün qoşun göndərən ilk beş ölkə İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniyadır.

İki ölkə - Misir və İordaniya isə polisə təlim verilməsi öhdəliyini götürüb. 

ISF qüvvələri ilk olaraq Qəzza zolağının cənubunda, Rəfahda yerləşməyə başlayacaq, orada polisə təlim keçəcəklər.

Uzunmüddətli plan 20 min hərbçinin yerləşdirilməsini və 12 min polisin hazırlanmasını nəzərdə tutur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?