Bu gün

Peskov İranla bağlı Moskvanın mövqeyini açıqlayıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İran ətrafında yaranmış gərgin vəziyyəti şərh edərək, Moskvanın mövqeyini açıqlayıb. Təhlil.az-ın məlumatına görə, Peskov qeyd edib ki, regionda eskalasiya hazırda görünməmiş xarakter daşıyır, lakin Rusiya tərəfi hələ də problemin danışıqlar masası arxasında, sülh yolu ilə həllinə ümid edir.

Kreml rəsmisi həmçinin Rusiya və İranın birgə hərbi-dəniz manevrlərinə də toxunub. O bildirib ki, bu təlimlər regiondakı hazırkı gərginlikdən xeyli əvvəl planlaşdırılıb və razılaşdırılıb, ona görə də planlı xarakter daşıyır.

Bəyanatın sonunda vurğulanıb ki, Rusiya İranla ikitərəfli münasibətlərini inkişaf etdirməyə davam edir. Bununla belə, rəsmi Moskva həm Tehranı, həm də münaqişənin digər iştirakçılarını maksimum təmkin nümayiş etdirməyə və yaranmış böhranı diplomatiya yolu ilə nizamlamağa çağırır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?