Bu gün

May ayında beynəlxalq qonaqlar üçün nəqliyyat pulsuz olacaq

Bu il Bakıda keçiriləcək World Urban Forum 13 (WUF13) çərçivəsində qeydiyyatdan keçən iştirakçılar üçün xüsusi nəqliyyat proqramı hazırlanıb.

Təhlil.az xəbər verir ki, forum müddətində bütün rəsmi qeydiyyatdan keçmiş qonaqlar üçün Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər üzrə müəyyən edilmiş nəqliyyat mərkəzləri arasında xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək. Bu xidmət tam ödənişsiz olacaq.

Bundan əlavə, forumun keçiriləcəyi məkan istiqamətində də iştirakçılar üçün pulsuz nəqliyyat vasitələri ayrılacaq. Beləliklə, qonaqların hava limanından şəhərə və tədbir məkanına rahat və fasiləsiz çatdırılması təmin ediləcək.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək və tədbirin minlərlə beynəlxalq iştirakçını bir araya gətirməsi gözlənilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?