Bu gün

Deputatlara xəbərdarlıq: Süni intellektdən istifadə qadağandır!

Avropa Parlamentində deputatlar üçün rəqəmsal təhlükəsizlik qaydaları sərtləşdirilib.

Təhlil.az xəbər verir ki, yeni qərara əsasən, deputatlara verilən xidməti planşetlərdə süni intellekt alətlərindən istifadə qadağan olunub.

Bildirilir ki, bu qurğular yalnız rəsmi işlər – qanun layihələri üzərində çalışma, daxili sistemlərə giriş və səsvermə üçün nəzərdə tutulur.

Qərarın məqsədi məlumat təhlükəsizliyini gücləndirmək və rəsmi sənədlərin hazırlanmasında mümkün risklərin qarşısını almaqdır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?