18 fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ramazan ayının başlanması ilə bağlı paylaşım edib.

Təhlil.az xəbər verir ki, paylaşımda deyilir:

"Ramazan ayınız mübarək!

Bütün dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!".