Bu gün

Siyarto: "Aİ artıq qlobal həlledici oyunçu deyil"

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkəsinin Avropa İttifaqından (Aİ) çıxması heç vaxt gündəmdə olmayıb.

Təhlil.az xəbər verir ki, nazirin sözlərinə görə, Aİ son illərdə zəifləyib və artıq qlobal miqyasda həlledici oyunçu deyil. Onun sözlərinə görə, Ukrayna müharibəsi Avropada davam etsə də, Aİ danışıqlar prosesində əsas tərəf kimi iştirak etmir.

Siyarto vurğulayıb ki, Macarıstan hökuməti müharibəyə, miqrasiyaya və gender ideologiyasına qarşıdır və bu mövqe Brüssel ilə fikir ayrılıqlarına səbəb olur.

O, həmçinin bildirib ki, Avropa institutlarının Macarıstandakı seçkilərə marağı yüksəkdir. Nazir iddia edib ki, hökumət dəyişəcəyi təqdirdə Brüsselin siyasi proqramı ölkədə həyata keçirilə bilər. Siyartonun sözlərinə görə, belə halda Macarıstan Ukraynaya maliyyə dəstəyi göstərə, miqrantların qəbulunu artıraraq və Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyə bilər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?