Bu gün

"WhatsApp" yazışmaları artıq qanunla qorunur - YENİLİK

Şəxsin “WhatsApp” və digər rabitə vasitələri ilə apardığı yazışmaların onun xəbəri və razılığı olmadan izlənilməsi və yayılması qadağandır.

Təhlil.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında bildirilib. Qərara əsasən, şəxsi yazışmaların toxunulmazlığı hüququ hər kəsin yazışma, poçt və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini qoruyur.

Sənəddə qeyd olunub ki, şəxsin razılığı olmadan yazışmaların əldə edilməsi, istifadəsi və yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu sayılır. Bununla yanaşı, qanunla nəzərdə tutulmuş hallarda – cinayətin qarşısının alınması və ya istintaq zamanı – bu hüquq məhdudlaşdırıla bilər.

Həmçinin vurğulanıb ki, hüquqi mübahisələr zamanı tərəflər yalnız öz aralarında olan yazışmaları sübut kimi təqdim edə bilərlər. Digər şəxslərlə aparılan yazışmaların sübut kimi istifadəsi mümkün deyil. Yazışmaların media və internetdə qarşı tərəfin razılığı olmadan paylaşılması da qadağandır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?