Apreldə Rəşt–Astara xəttinin tikintisinə start veriləcək

Rusiya və İran “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt–Astara dəmir yolu xəttinin tikintisinə 2026-cı il aprelin 1-dən başlayacaq.
Təhlil.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyev Rusiya və İran arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı bildirib.
Nazirin sözlərinə görə, layihənin praktiki icrasına məhz 1 aprel tarixindən start veriləcək. Rəşt–Astara dəmir yolu xətti “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas həlqələrindən biri hesab olunur və regionda yükdaşımaların həcmini artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, sözügedən dəhliz Rusiya, İran və digər ölkələr arasında alternativ tranzit marşrutu kimi qiymətləndirilir. Layihənin reallaşması yük axınının sürətlənməsinə və nəqliyyat xərclərinin azalmasına töhfə verə bilər.