Bu gün

Bu qəsəbələrdə evlər dövlət hesabına təmir olunacaq

Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, eləcə də Biləsuvar və Bərdə rayonlarında yerləşən keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillərin təmiri planlaşdırılır.

Təhlil.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən elan edilən tenderdə məlumat verilib.

Tender sənədlərinə əsasən, layihə çərçivəsində qeyd olunan ərazilərdə yaşayış fondunun təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Qurum bu məqsədlə 451 115,65 manat vəsait ayırmağı planlaşdırır.

Layihənin qalibi tender prosedurlarının yekunlaşmasından sonra müəyyənləşdiriləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?