Bu gün

Almaniyanın tibbi sirri oruc tutmaqdır

Alman həkimi Otto Buçinger tərəfindən yaradılan orucla müalicə metodu uzun illərdir tibbi nəzarət altında tətbiq olunur.

Təhlil.az xəbər verir ki, metodun əsası həkimin öz sağlamlıq təcrübəsinə dayanır.

O, ağır xəstəlik dövründə nəzarətli orucun müsbət təsirini müşahidə etdikdən sonra bu yanaşmanı sistemləşdirərək müalicə modelinə çevirib.

Bu gün “Buçinger metodu” kimi tanınan oruc terapiyası Almaniyada və digər Avropa ölkələrində xüsusi klinikalarda həkim nəzarəti ilə həyata keçirilir.

Müalicə prosesi fərdi sağlamlıq vəziyyətinə uyğun planlaşdırılır və pasiyentlər mütəmadi tibbi müşahidə altında saxlanılır.

Mütəxəssislərin sözlərinə görə, bu üsul əsasən maddələr mübadiləsinin tənzimlənməsi, artıq çəkinin azaldılması və bəzi xroniki problemlərin yüngülləşdirilməsi məqsədilə tətbiq olunur.

Bununla belə, həkimlər bildirirlər ki, orucla müalicə yalnız tibbi nəzarət altında aparılmalı və hər kəs üçün uyğun hesab edilməməlidir.

Hazırda Almaniyada fəaliyyət göstərən ixtisaslaşmış mərkəzlərə dünyanın müxtəlif ölkələrindən sağlamlıq turizmi çərçivəsində müraciətlər olunur. Buçingerin yüz ilə yaxın əvvəl başladığı metod müasir tibbi yanaşmalarla birləşdirilərək bu gün də tətbiqini davam etdirir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?