Vens İranla bağlı ABŞ-nin “qırmızı xətt”lərini açıqladı

ABŞ İranla aparılan danışıqlarda müəyyən “qırmızı xətt”lər müəyyənləşdirib.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
“ABŞ-nin müəyyən ‘qırmızı xətt’ləri var. Buradakı əsas marağımız İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir”, – deyə vitse-prezident vurğulayıb.
O qeyd edib ki, Cenevrə danışıqlarından sonra da ABŞ İranla bağlı istənilən addımı atmaq imkanını özündə saxlayır.
Bu açıqlama fonunda “Axios” portalı Pentaqonun son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox “F-35”, “F-22” və “F-16” tipli qırıcı təyyarə göndərdiyini yazıb.
ABŞ rəsmiləri məsələ ilə bağlı əlavə şərh verməyib.