Bu gün
ABŞ uranın zənginləşdirilməsini bərpa edəcək

ABŞ, Fransa şirkətlərinin iştirakı da daxil olmaqla, uranın zənginləşdirilməsini bərpa etmək niyyətindədir.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kristofer Rayt məlumat verib.
"Biz ABŞ-də qismən Amerika şirkətləri ilə, qismən də Fransadakı tərəfdaşlarımızla uranın zənginləşdirilməsini bərpa edəcəyik", - deyə, o bildirib.
Qeyd edək ki, zənginləşdirilmiş uran istehsalının bərpası planları 2024-cü ilin fevral ayında sabiq prezident Co Baydenin rəhbərlik etdiyi əvvəlki ABŞ administrasiyası tərəfindən elan edilib.