Bu gün

Pakistanda daha bir terror aktı

Pakistanın Xayber Paxtunxva əyalətində baş verən terror aktı nəticəsində 11 nəfər həlak olub, qadınlar və uşaqlar da daxil olmaqla 7 nəfər yaralanıb.

Təhlil.az “Dawn” qəzetinin hökumət mənbələrindən aldığı məlumata əsasən xəbər verir ki, bu dəfə Bəcaur rayonunda nəzarət məntəqəsində avtomobilə bərkidilmiş bomba partlayıb.

Pakistan hakimiyyəti hücuma görə qadağan olunmuş “Tehrik-e-Taliban Pakistan” hərəkatının yaraqlılarının məsuliyyət daşıdığını bildirir.

Qisas əməliyyatı keçirilib və 12 terrorçu məhv edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?