Bu gün
Cenevrədə keçirilən İran-ABŞ danışıqları nüvə proqramı ilə məhdudlaşır

Cenevrədə keçirilən İran-ABŞ danışıqlarında diqqət Tehranın nüvə proqramına yönəlib. Təhlil.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilir ki, danışıqlarda İrana qarşı sanksiyaların aradan qaldırılması məsələsi də müzakirə olunur. Məlumata görə, İran diplomatları Vaşinqtonun məhdudlaşdırılmasını tələb etdiyi uran zənginləşdirmə proqramını saxlamaqda israr ediblər.