Bu gün

Bakıda icra başçılarına sərt xəbərdarlıq – biri töhmət aldı

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra başçıları və kommunal xidmət rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Təhlil.az xəbər verir ki, şəhər rəhbəri Eldar Əzizov sanitar təmizlik, abadlıq, yaşıllaşdırma və qanunsuz tikintilərlə bağlı vəziyyəti müzakirə edib. Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat sahəsində nöqsanlar kəskin tənqid olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib;

Xəzər Rayon İcra Hakimiyyətinin başçısına şifahi xəbərdarlıq edilib.

Qanunsuz tikililərlə bağlı monitorinq nəticələri də təqdim olunub. Bildirilib ki, bu hallar əsasən Sabunçu, Qaradağ və Xəzər rayonlarında aşkarlanıb.

Yaz-yay mövsümünə hazırlıq üçün qərargah yaradılıb, verilən tapşırıqların icrasına isə xüsusi monitorinq qrupu nəzarət edəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?