Bu gün
Qeydiyyatsız evlər üçün çıxış yolu: 15 günlük mexanizm

Daşınmaz əmlakın sənədi ilə dövlət bazasındakı məlumat fərqli çıxırdısa, proses aylarla uzanırdı.
Təhlil.az xəbər verir ki, indi isə maksimum 15 iş günündə məsələ dəqiqləşdiriləcək.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Nazirlər Kabineti yeni prosedur qaydalarını təsdiqləyib.
Əgər torpağın təyinatı ilə bağlı sənədlə dövlət torpaq kadastrı arasında fərq yaranarsa, qeydiyyat orqanı araşdırma aparacaq və digər qurumlara sorğu göndərəcək.
Sənəd doğru çıxarsa, əmlak qeydiyyata alınacaq və bazadakı məlumat düzəldiləcək.
Yeni mexanizm xüsusilə qeydiyyatsız evlərin sənədləşməsi üçün vacib sayılır – vətəndaşın mülkiyyət hüququnun tanınmasını sürətləndirəcək.
Bu gün