Bu gün

Murat Dalkılıç narkotik əməliyyatında saxlanıldı

Türkiyədə narkotiklə bağlı genişmiqyaslı əməliyyat çərçivəsində məşhur müğənni Murat Dalkılıç saxlanılıb.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı daha 16 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ümumilikdə 17 nəfərin yaşadığı ünvanlarda axtarış və müsadirə tədbirləri həyata keçirilib.

Saxlanılanlar arasında aktyor İsmail Hacıoğlu, stilist və aparıcı Kemal Doğulu (aktyor Kadir Doğulunun qardaşı), həmçinin musiqiçi Kaan Tangözenin də adı hallanır.

Rəsmi qurumlar tərəfindən hələlik saxlanılan şəxslərə qarşı konkret ittihamların detalları açıqlanmayıb. Araşdırmalar davam edir.

Qeyd edək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı başladılan geniş əməliyyatlar çərçivəsində bir sıra məşhur simalar da saxlanılmışdı. Onların arasında müğənnilər Hadisə, İrem Dərici, aktrisa Birce Akalay, aktyorlar Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu və Doğukan Güngör da yer almışdı. Həmin şəxslər daha sonra sərbəst buraxılmışdılar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?