Dünyanın ən böyük AES-i 14 ildən sonra yenidən işə düşdü

Yaponiyanın Niigata prefekturası ərazisində yerləşən Kashiwazaki-Kariwa Atom Elektrik Stansiyasının 6-cı enerji bloku 14 illik fasilədən sonra yenidən elektrik ötürməyə başlayıb.
Təhlil.az xəbər verir ki, sözügedən blok Fukuşima qəzasından sonra təhlükəsizlik səbəbilə dayandırılmışdı. 2011-ci ildə baş verən hadisədən sonra Yaponiyada bir sıra atom elektrik stansiyalarının fəaliyyəti müvəqqəti olaraq dondurulmuşdu.
Hazırda 6-cı blokda istehsal gücü mərhələli şəkildə artırılır. Stansiyanın tam istismar rejiminə isə martın 18-də keçməsi planlaşdırılır.
Qeyd edək ki, Kashiwazaki-Kariwa gücünə görə dünyanın ən böyük atom elektrik stansiyalarından biri hesab olunur və onun yenidən işə düşməsi Yaponiyanın enerji siyasətində mühüm addım kimi qiymətləndirilir.