16 yaşdan kiçiklərə sosial media bağlanır?

Böyük Britaniyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi planlaşdırılır.
Təhlil.az xəbər verir ki, məlumata görə, təşəbbüs bu ilin əvvəlində qüvvəyə minə bilər. Qadağa çərçivəsində sosial platformalarda süni intellekt botlarının istifadəsinin məhdudlaşdırılması, telefonlardan istifadəyə vaxt limiti qoyulması, eləcə də qısa videolara baxış və “sonsuz lent” (endless scroll) kimi asılılıq yaradan funksiyaların məhdudlaşdırılması nəzərdə tutulur.
Plan həmçinin virtual özəl şəbəkələrə (VPN) çıxışın məhdudlaşdırılmasını da əhatə edə bilər. Bildirilir ki, bəzi hallarda bu şəbəkələrdən müəyyən filmlərə və məzmunlara qanunsuz daxil olmaq üçün istifadə edilir.
Qeyd olunur ki, təşəbbüs üzrə ictimai məsləhətləşmələr bu yay başa çatdıqdan sonra qərarın tətbiqinə başlanıla bilər.