Dünən
Pakistanda terror aktı törədilib

Pakistanın şimal-qərbində, Xayber Paxtunxva əyalətinin Bannu rayonunda baş verən terror aktı nəticəsində iki nəfər həlak olub, on yeddi nəfər yaralanıb. Belə ki motosikletə yerləşdirilmiş bomba partlayıb.
Təhlil.az xəbər verir ki, həlak olanlardan biri uşaq olub. Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır. Ərazi mühasirəyə alınıb və araşdırma aparılır.