Bu gün

Rubio: ABŞ Ukraynada müharibənin başa çatmasında maraqlıdır

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynada hərbi əməliyyatların dayandırılmasında maraqlıdır və bunun üçün əlindən gələni etməyə hazırdır.

Təhlil.az xəbər verir ki, o, Budapeştdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib:

“Birləşmiş Ştatlar müharibənin başa çatmasını istəyir və bunun üçün mümkün olan hər şeyi etmək niyyətindədir. Görünür, biz Yer üzündə hər iki tərəfi danışıqlar masasına əyləşdirə bilən yeganə ölkəyik. Biz heç kimə razılaşma sırımaq istəmirik və istəmədikləri bir sövdələşməyə məcbur etmirik. Sadəcə kömək etmək istəyirik”.

Rubio əlavə edib ki, Ukraynadakı münaqişənin başa çatması dünyanı daha təhlükəsiz edəcək, onun davam etməsi isə heç kimin maraqlarına xidmət etmir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?