Bu gün

Peskov: Putin Ukrayna danışıqları aparanlarla daim əlaqə saxlayır

Cenevrədəki Rusiya nümayəndə heyəti Əbu-Dabi danışıqlarındakından daha böyük olacaq. Nümayəndə heyətinin tərkibinə Medinski, Qaluzin, Kostyukov və digər rəsmi şəxslər daxil olacaq.

Təhlil.az-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Peskov bildirib ki, Cenevrə danışıqları Əbu-Dabi danışıqlarından daha geniş məsələləri, o cümlədən əraziləri əhatə edəcək.

Peskov Rusiya Prezidentin xüsusi nümayəndəsi Kiril Dmitriyevin Cenevrə danışıqlarında iştirak edəcəyini, lakin ayrıca bir yol üzərində işlədiyini açıqlayıb. O, həmçinin bildirib ki, Putin Ukrayna danışıqları aparanlarla daim əlaqə saxlayır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?