Bu gün

ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyəti təxminən 2,9 milyard dollara başa gəlib

"Bloomberg" hesablamalarına görə, Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək əməliyyatı da daxil olmaqla, ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyəti təxminən 2,9 milyard dollara başa gəlib.

Təhlil.az agentliyin məlumatına istinadla xəbər verir ki, gəmilərin noyabr ayından yanvar ayına qədər saxlanılması gündə 20 milyon dollardan çox xərc tələb edir. Pentaqonun keçmiş nəzarətçisi Elayn Makkusker, "Cənubi Nizə" əməliyyatının ("Mütləq Qətiyyət" əməliyyatı da daxil olmaqla) 2025-ci ilin avqust ayından etibarən təxminən 2 milyard dollara başa gələcəyini bildirib. Hesablamalara avadanlıqların saxlanılması və sursatın doldurulması xərcləri daxil edilib, lakin kəşfiyyat, kiber dəstək və ya təlim daxil edilməyib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?