Bu gün
Japarov: Qırğızıstanda dövlət çevrilişi üçün heç bir zəmin yoxdur

Ölkədə dövlət çevrilişinə gətirib çıxara biləcək vəziyyət yoxdur və əgər bir sutkada 24 saat varsa, mən onun 20 saatını işləyirəm.
Təhlil.az xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov deyib. O bildirib:
“Mən hər şeyi izləyir və müşahidə edirəm. Əgər nəsə düzgün deyilsə, dərhal müvafiq nazirlərə, hakimlərə və qubernatorlara bunu düzəltmək üçün göstərişlər verirəm. Heç bir çevriliş və ya buna bənzər bir şey olmayacaq. Birincisi, qanunlar buna yol vermir, ikincisi isə belə bir vəziyyət mövcud deyil”.
Japarov qeyd edib ki, Qırğızıstanın "şimala və cənuba" bölünməsinə yol verməyəcək.