Bu gün
Ağ Ev: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir

ABŞ-nin İrana qarşı potensial hərbi əməliyyatları ilə bağlı xəbərlərə cavab olaraq, Ağ Ev Amerika liderinin bütün mümkün ssenariləri nəzərdən keçirdiyini açıqlayıb.
Təhlil.az xəbər verir ki, bunu mətbuat katibinin müavini Anna Kelli bildirib.
"Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir", - deyə o bildirib.
Kelli əlavə edib ki, Tramp müxtəlif fikirləri nəzərdən keçirir, lakin son qərarları ölkənin maraqlarına və milli təhlükəsizliyinə əsaslanaraq verir.
Lakin Pentaqon hücuma hazırlıqla bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib.
Dünən