Bu gün

Peykdən görünən sirr: Çin dağların altında nüvə gücünü artırır?

Çinin cənub-qərbində yerləşən vadilərdəki məxfi nüvə obyektlərinin peyk görüntüləri Pekinin nüvə silahı arsenalını genişləndirmək istiqamətində səylərini ortaya qoyur.

Təhlil.az xəbər verir ki, bu proses dünyada nüvə silahlarının yayılmasını məhdudlaşdıran mexanizmlərin zəiflədiyi bir dövrə təsadüf edir.

Kosmosdan çəkilmiş fotoları da təqdim edilib. Həmin görüntülərdə Sıçuan əyalətində yerləşən Tsitun və Pintun vadilərindəki obyektlər əks olunub.

Məlumata görə, bu obyektlər təxminən 60 il əvvəl Mao Tszedunun irəli sürdüyü “üçüncü cəbhə” layihəsi çərçivəsində inşa edilib.

Layihənin məqsədi Çin nüvə silahı laboratoriyalarını və istehsal müəssisələrini ABŞ və ya SSRİ tərəfindən mümkün hərbi zərbələrdən qorumaq idi.

Amerikalı ekspertlərin fikrincə, hazırda həmin obyektlərdə plutoniumla doldurulmuş nüvə döyüş başlıqlarının əsas komponentləri istehsal olunur. Çin tərəfi isə bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?