Bu gün

Laricani: “Raket proqramı danışıqlar mövzusu deyil”

İranın raket proqramı ABŞ nümayəndələri ilə keçirilən son görüşdə müzakirə olunmayıb və bu məsələ gələcək danışıqların gündəliyinə daxil edilməyəcək.

Təhlil.az xəbər verir ki, bunu İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani müsahibəsində bildirib.

Onun sözlərinə görə, raket proqramı ölkənin milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir və bu səbəbdən əlavə müzakirə mövzusu ola bilməz.

Laricani eyni zamanda qeyd edib ki, İran “istənilən ssenariyə hazırdır”, lakin rəsmi Tehran müharibə axtarmır.

Qeyd edək ki, son aylarda Tehran və Vaşinqton arasında artan diplomatik təmaslar fonunda İranın müdafiə və raket potensialı beynəlxalq müzakirələrin əsas mövzularından biri olaraq qalır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?