İsrail Prezidentinin ofisi Trampın tənqidlərinə cavab verib

İsrail Prezidenti İshak Hersoqun ofisi ABŞ-nin sabiq prezidenti Donald Trampın Baş nazir Benyamin Netanyahunun əfv edilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq rəsmi bəyanat yayıb.
Təhlil.az xəbər verir ki, bəyanata əsasən, İsrail suveren və hüquqi dövlətdir və əfv məsələləri yalnız ölkənin daxili qanunvericiliyinə və müəyyən edilmiş prosedurlara uyğun şəkildə həll edilir.
Qüdsdən verilən açıqlamada bildirilib ki, bu kimi qərarlar hər hansı kənar təzyiq və ya siyasi müdaxilə əsasında qəbul edilə bilməz.
Xatırladaq ki, Donald Tramp Oval kabinetdə keçirdiyi mətbuat konfransı zamanı İsrail Prezidentini tənqid etmişdi.
O, Hersoqun Baş naziri əfv etməkdən imtina etməsini “rəzalət” adlandıraraq, İsrail prezidentinin bu məsələdə “utanmalı” olduğunu bildirmişdi.