Azərbaycan nümayəndə heyəti Ermənistanda - VİDEO

Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Təhlil.az “Armenpress”ə istinadən xəbər verir ki, 13-14 fevral tarixlərində baş tutacaq dəyirmi masada iştirak edəcək Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədi vasitəsilə Ermənistana gedib.
Məlumata görə, müzakirələr zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar formalaşan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyət arasında münasibətlərin qurulmasının ictimai qavranılmasına, iqtisadi əməkdaşlıq perspektivlərinə, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunacaq.