Dünən

Rubio Münxendə Zelenski ilə görüşməyi planlaşdırır

ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

Təhlil.az xəbər verir ki, Rubio Avropaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında görüşün gündəlikdə olduğunu bildirib.

“Düşünürəm ki, bəli. Hesab edirəm ki, o, orada olacaq və bizim onunla görüşmək imkanımız olacaq. Məncə, bu mənim qrafikimdədir; 100 faiz dəqiq deyil, amma belə olacağına əminəm”, – deyə o qeyd edib.

ABŞ Dövlət katibi həmçinin Münxendə Macarıstan və Slovakiya nümayəndələri ilə də görüşməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, tərəflər bu ölkələrin Rusiya enerji resurslarının idxalını dayandırması məsələsini müzakirə edəcəklər.

“Biz onlarla bu barədə danışacağıq. Nələrin baş verməli olduğu barədə fikir mübadiləsi aparacağıq. Görüşlərdə müzakirə ediləcək detallara varmaq istəmirəm. Lakin hər şeydən əvvəl, bunlar bizi güclü şəkildə dəstəkləyən, ABŞ-la aktiv əməkdaşlıq edən və bizimlə sıx işləyən ölkələrdir”, – deyə Rubio əlavə edib.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?