Aeroport yolunda məhdudiyyət tətbiq ediləcək yerləri xəritə vasitəsilə müəyyənləşdirmək mümkün olacaq

Fevralın 14-də saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, fevralın 15-də isə həmin saatlarda “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Təhlil.az bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına istinadla xəbər verir.
Bildirilib ki, sürücülər alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcəklər. Eyni zamanda, sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
NİİM, həmçinin Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) gecə saatlarında müxtəlif istiqamətlərdə yolun hansı hissələrində məhdudiyyətin tətbiq edilməsini xəritə vasitəsi ilə izləyəməyin mümkün olduğunu da açıqlayıb.