12 fevral
Zaxarova: Hazırda dünyada kiçik güclü AES-ləri real şəkildə istismar edən yeganə ölkə Rusiyadır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın kiçik modulyar reaktorlar (SMR) məsələsində ABŞ-ın xeyrinə seçim etməsini kəskin tənqid edib. Təhlil.az-ın məlumatına görə, Zaxarova bildirib ki, Ermənistanın öz tərəfdaşlarını seçmək hüququ olsa da, Amerika texnologiyalarına üstünlük verilməsi ciddi suallar doğurur.
Rusiya XİN rəsmisi vurğulayıb ki, bu tip atom elektrik stansiyaları hələ ABŞ-nin özündə belə mövcud deyil və onlar yalnız "kağız üzərində" layihə halındadırlar. Zaxarova əlavə edib ki, hazırda dünyada kiçik güclü AES-ləri real şəkildə istismar edən yeganə ölkə Rusiyadır və Moskva İrəvana bu sahədə sınaqdan keçmiş, etibarlı həllər təklif edir.
Bu gün