12 fevral

Pezeşkian: Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahı yaratmağa çalışmırıq

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin atom proqramında hərbi komponentin olmadığını sübut etmək üçün beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişinə icazə verməyə hazır olduqlarını bəyan edib. Pezeşkian çıxışında bu mövqeyi qətiyyətlə vurğulayıb: "Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahı yaratmağa çalışmırıq. Biz hər cür yoxlamaya hazırıq".

Lakin bu bəyanat Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin tənqidi fonunda səslənib. Qrossi bundan əvvəl bildirmişdi ki, agentliyin müfəttişləri artıq bir neçə aydır Nətənz, Fordo və İsfahandakı strateji obyektlərə giriş icazəsi gözləyirlər. İran tərəfi yubanmanı "konkret tədbirlər və protokolların hazırlanması zərurəti" ilə əsaslandırsa da, Qrossi bu arqumentləri "əslində siyasi mövqe daşıyan bəhanələr" adlandırıb.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?