12 fevral

Rusiyada “WhatsApp” messencerinə girişi tamamilə məhdudlaşdırıb

Rusiya hakimiyyəti aylardır davam edən təzyiqlərdən sonra “WhatsApp” messencerinə girişi tamamilə məhdudlaşdırıb. 11 fevral tarixindən etibarən tətbiq "Roskomnadzor"un reyestrindən çıxarılıb və bu, VPN-siz xidmətdən istifadəni qeyri-mümkün edib.

Təhlil.az əbər verir ki, bu addım istifadəçiləri dövlət xidmətləri ilə inteqrasiya olunmuş, lakin şifrələmə sistemi olmayan yerli "Max" messencerinə keçirmək məqsədi daşıyır. “WhatsApp” tərəfi 100 milyondan çox rusiyalının təhlükəsiz rabitədən məhrum edilməsini "geriyə addım" kimi qiymətləndirib.

Eyni zamanda, “Telegram”ın təsisçisi Pavel Durov da yeni məhdudiyyətləri tənqid edərək, bu tədbirlərin şəxsi həyatın toxunulmazlığını və azadlığı ciddi şəkildə pozduğunu bəyan edib.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?