12 fevral

Artıq staj fərqi yoxdur – Müavinət hamıya 100 faiz veriləcək

Azərbaycanda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlə bağlı mühüm dəyişiklik edilib. Artıq bu ödənişlər sığorta stajından asılı olmayaraq tam – yəni 100 faiz həcmində veriləcək.

Təhlil.az xəbər verir ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdir müavini Emil Əliyev açıqlamasında  bildirib ki, əvvəlki qaydalara əsasən, müavinətin məbləği işçinin sığorta stajına uyğun hesablanırdı. Belə ki, 8 il sığorta stajı olanlara məbləğin 60 faizi, 8 ildən 12 ilə qədər stajı olanlara 80 faizi, 12 ildən artıq stajı və müəyyən kateqoriyaya aid şəxslərə isə 100 faizi ödənilirdi.

Yeni dəyişikliyə əsasən isə bu fərqləndirmə aradan qaldırılıb. Artıq sığorta stajı və ya hər hansı status nəzərə alınmadan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət tam – 100 faiz həcmində ödəniləcək.

Bu qərar xüsusilə az stajı olan işçilər üçün daha əlverişli şərtlər yaradır və sosial təminat mexanizmini daha ədalətli edir.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?