12 fevral

Tibb Universiteti yaxınlığında yeni metro stansiyası açılacaq

Paytaxtın ən sıx hərəkətli nöqtələrindən biri – Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) ətrafı  yaxın vaxtlarda yeni metrostansiya ilə nəfəs alacaq.

Təhlil.az xəbər verir ki, uzun müddətdir tikintisi davam edən stansiyada artıq son tamamlanma işləri aparılır.

Sakinlər bildirirlər ki, illərdir gözlənilən bu layihə onların gündəlik hərəkətini xeyli asanlaşdıracaq. Xüsusilə pik saatlarda sıxlıqla üzləşən ərazi üçün yeni stansiya ciddi alternativ nəqliyyat imkanı yaradacaq.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, B4 stansiyasının tikinti-quraşdırma işləri iş qrafikinə uyğun və sürətli şəkildə davam etdirilir. 8 Noyabr – B4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri artıq tam inşa olunub.

Rəsmi açıqlamaya əsasən, stansiyanın ilin sonuna qədər tam hazır vəziyyətə gətirilərək təhvil verilməsi planlaşdırılır. Bu isə o deməkdir ki, paytaxtın mərkəzi istiqamətlərindən birində nəqliyyat yükü yaxın aylarda əhəmiyyətli dərəcədə azalacaq.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?