12 fevral

Tramp: İranla danışıqlar davam etməlidir

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra İranla danışıqların davam etdirilməsində israrlı olduğunu bildirib. Təhlil.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb.

Tramp qeyd edib ki, görüş zamanı konkret nəticə əldə olunmayıb, lakin o, İranla danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb və razılaşmanın mümkün olub-olmadığının yoxlanılmasını istəyib. Onun sözlərinə görə, əgər diplomatik həll mümkün olarsa, bu, üstünlük verilən variantdır. Əks halda, nəticələrin necə olacağını görmək lazım gələcək.

Tramp əlavə edib ki, İran əvvəllər razılaşmadan imtina etdikdən sonra “Gecəyarısı çəkici” əməliyyatı ilə üzləşmişdi və bu, Tehran üçün uğurlu nəticə verməmişdi.

Prezident həmçinin Qəzzada və regionda əldə olunan irəliləyişləri müzakirə etdiklərini bildirərək Yaxın Şərqdə sülhə doğru addımların atıldığını vurğulayıb.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?