Söküntü başlayır: Kompensasiya necə hesablanacaq?

Bakının Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən, 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbəli qəzalı binalar söküləcək. Təhlil.az xəbər verir ki, artıq əraziyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları baxış keçirib, texniki sənədləşmə işlərinə başlanılıb.
İlkin plana görə, söküləcək ərazidə yeni bina deyil, park və yaşıllıq zonası salınacaq. Söküntü işlərinə bu ilin aprelindən start verilməsi gözlənilir.
Kompensasiya məsələsi isə hələ açıq qalır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, vahid məbləğ yoxdur və kompensasiya ərazinin real bazar dəyərinə uyğun hesablanmalıdır. Təklif olunur ki, ödənişlər yaxınlıqdakı yeni tikililərin orta kvadratmetr qiymətinə əsasən müəyyən edilsin.